4 iyul 2014 01:18
"İki qol buraxmasaydıq, indi Tiraspolun şansından danışan olmazdı"
Bakı "İnter"inin futbolçusu Elvin Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Oyuna yaxşı başladıq. 10-cu dəqiqədə artıq 2:0 hesabıyla öndə idik. Amma üçüncü qolu vurandan sonra sakitləşdik. Əgər həmin hesabı qorusaydıq, indi heç kim "Tiraspol"un şansından danışmazdı. Biz həmin qolları buraxmaqla səhv etdik. İstənilən halda mərhələni keçməliyik. Əminəm ki, buna nail olacağıq".
