4 iyul 2014 00:30

Boqyu: Azərbaycanda tam fərqli oyun sərgiləməliyik

Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Boqyu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:

- Bu, komandamız üçün pis oyun idi. Təəssüf ki, ələ düşən bütün şanslarımızdan yararlana bilmədik. Ən böyük problemimiz isə onda oldu ki, ilk 10 dəqiqə ərzində iki erkən qol buraxdıq.

- Belə başlanğıca səbəb nə idi?
- Yəqin ki, belə başlanğıcı gözləmirdik. İlk qolu penaltidən buraxdıq, ikincini əks-hücumda. Fikrimcə, oyunumuzda diqqətsizlik vardı. Məhz buna görə iki qol buraxdıq.

- Bəs son anda sizi oyuna nə qaytardı?
- Evdə oynadığımızı, azarkeşlərimiz qarşısında uduzduğumuzu başa düşməyimiz. Təəssüf ki, oyunun əvvəlində konsentrasiyanı itirdik. Buna baxmayaraq, qol vurmaq üçün çox şansımız oldu. Mənə elə gəlir ki, qol vəziyyətlərinə görə biz "İnter"dən daha yaxşı idik.

- Cavab matçı üçün oyununuzda dəyişiklik edəcəksiz?
- Yəqin ki, dəyişərik. Bu oyunu analiz edəcəyik. Cavab oyununda tamamilə fərqli futbol sərgiləməliyik. Azərbaycanda qol vurmalıyıq ki, növbəti mərhələyə adlayaq. (Moldavskiy futbol)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.