3 iyul 2014 00:12
Madriqal: İnterə Tiraspolla oyunda çətin olacaq
"İnter"in yarımmüdafiəçisi Dieqo Madriqal Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri olan Moldova "Tiraspol"u ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunlar həmişə çətin olur, xüsusilə də səfərdə keçirilənlər. Bizə çətin olacaq. Rəqibin oyunlarının videoyazısına baxmışam. Hesab edirəm ki, biz bu komandanı mübarizədən kənarlaşdıra bilərik. Bunun üçün isə öz oyunumuzu sərgiləməyi bacarmalıyıq".
