3 iyul 2014 00:01
Qəbələ Avroliqadakı ilk matça Əmircanovsuz çıxacaq?
"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Bosniya "Şiroki Briyeq"i ilə ilk oyun öncəsi son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan son hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.
Amma onlardan biri - Ruslan Əmircanov komandadan ayrı çalışıb. Zədəsi olan futbolçunun bu gün keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı bəlli deyil. Son qərarı baş məşqçi verəcək.
Qeyd edək ki, "Qəbələ" - "Şiroki Briyeq" matçı bu gün keçiriləcək və saat 20:00-da start götürəcək.
