3 iyul 2014 23:17
Abışov: Cavab oyunu üçün şans yoxdu
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya "Şiroki Briyeq"inə uduzduqları (0:2) oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni baş məşqçimiz gec müəyyənləşdi, heyəti tam formalaşdıra bilmədik. Bu oyunda da son 20 dəqiqədə gücümüz çatmadı. Cavab oyununda şans yoxdu. Amma cəhd etmək lazımdı".
