3 iyul 2014 23:05

Muntyanu: "Səfərdə möcüzə etməliyik"

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya "Şiroki Briyeq"i ilə ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətdən sonra öncə bunları dilə gətirib:

- Oyunumuz alınmadı. Bütün məsuliyyət mənim üzərimdədi. İstər stadiona gələn, istərsə də oyunu televiziya vasitəsilə izləyən bütün azarkeşlər qarşısında üzr istəyirəm. Rəqibimizin bizdən fərqli formalaşmış heyəti var. Qarşıda cavab oyunu var, çalışacağıq ki, həmin oyunda möcüzəyə nail olaq. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, özlərini göstərmək arzuları vardı.

- Püşkatmadan sonra demişdiz ki, rəqiblə problem olmayacaq, onları keçə biləcəksiz...
- Mən elə söz deməmişəm. Demişdim ki, bu rəqibi keçmək üçün əlimizdən gələni edəcəyik. Sadəcə, bu gün bizim günümüz deyildi.

- Komandada hansı problemlər sizi narahat edir?
- İndi hazırlıq dövründəyik. İlk növbədə onu demək istəyirəm ki, bu nəticəyə görə cavabdeh mənəm. Bizim cəmi iki həftə hazırlıq vaxtımız vardı. Gördüyünüz kimi, birinci hissədə bərabər mübarizə gedirdi. Amma ikinci hissədə fiziki cəhətdən hazır olmadığımız üzə çıxdı. Eyni zamanda ehtiyat oyunçular skamyamız qısadı.

- Kimləri yola salmaq, hansı mövqelərə əlavə oyunçular almaq lazımdı?
- Heyətlə bağlı vəziyyəti rəhbərliklə müzakirə etmişik. Hələ az oyunçumuz var. Belə bir məğlubiyyətdən sonra kimlərin lazım olub-olmadığını deyə bilmərəm.

- Məğlubiyyətə görə məsuliyyəti üzərinizə götürdünüz. Səhvi siz etdiz, ya oyunçular?
- Baş məşqçinin yetirmələrini müdafiə etməsi normaldı. Sözümün də üstündə dururam.

- Bəs bu məğlubiyyətin cəzası nə olacaq?
- Öncə oyunu yaxşıca analiz etmək lazımdı. Bu, sabah olacaq. Cəzaya gəlincə, gedib başımı kəsəcəm.

- Ruslan Abışovun oyununu necə qiymətləndirirsiz?
- Onun hazırlığından çox razıyam. Nəzərə almaq lazımdı ki, o, uzun müddətdi oyun təcrübəsi qazanmırdı.

- Cavab matçında sizə möcüzə ilə yanaşı daha nə lazım olacaq?
- Sarayevoya qələbə dalınca gedəcəyik. Amma biz həm də çempionata hazırlaşmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.