3 iyul 2014 22:35
Slaven Musa: Səfərdə 2:0 əla nəticədi
Bosniyanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Çətin oyun alındı. Səfərdə 2:0 hesabıyla qalib gəlsək də, rəqibə hörmətlə yanaşırıq. Cavab oyununa da eyni ciddiyyətlə hazırlaşacağıq. Biz çalışacağıq ki, "Qəbələ"ni həm meydanda, həm də ondan kənarda eyni qonaqpərvərliklə qarşılayaq. "Qəbələ"nin "Maribor"la oyununa baxmışdıq və özümüz üçün müəyyən nəticələr çıxarmışdıq. Əlbəttə, səfərdə 2:0 əla nəticədi. Evdə hətta qolsuz heç-heçədən də razı qalacağıq".
