3 iyul 2014 17:04
Hüseynov İnterə keçə bilər
"Bakı" ilə yollarını ayıran yarımmüdafiəçi Cavid Hüseynov karyerasını "İnter"də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, futbolçu hazırda məhz digər paytaxt klubu ilə danışıq aparır.
Hüseynov "bankirlər"in vətənə dönməsini gözləyir. "İnter" Moldova "Tiraspol"u ilə oyundan qayıdan kimi, tərəflərin yekun qərarını açıqlaması gözlənilir.
