3 iyul 2014 15:57
Qəbələ - Şiroki Briyeq matçına 600 bilet qalıb
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qəbələ" ilə Bosniya "Şiroki Briyeq"i arasındakı ilk oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, matçın başlamasına 4 saat qalmış artıq 3900 bilet satılıb.
Qalan vaxt ərzində satışa çıxarılan 4500 biletin hamısının satılması gözlənilir.
