3 iyul 2014 15:10

Vaqif Sadıqov: Foqts Klinsmandan güclü məşqçi olsaydı...

AZAL komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytının suallarına cavab verib.

- İlk olaraq klublarımızın avrokubokdakı rəqibləri barədə danışmaq istərdik. Debütant "Qəbələ"nin rəqibi Bosniya komandası olacaq?
- Bütün oyunlar çətin olacaq. Rəqib nə qədər güclü olarsa məsuliyyət bir o qədər çox olur. Avropada indi zəif klub yoxdur. Digər tərəfdən təmsilçilərimiz də zəif öz klublarımızı qiymətləndirmək lazımdır. Hər bir komandaya hörmətlə yanaşmaq lazımdır. Hazırlıq düzgün olandan sonra rəqibi yaxşı təhlil etmək vacibdir. Debütant olsa belə Qəbələ də kifayət qədər təcrübəli futbolçular var. İlk mərhələdə klublarımızı favorit görürəm, amma favorit hər zaman qalib gəlmir.

- Azərbaycan çempionu "Qarabağ" Maltanın Valetta klubuna rəqib olub...
- İnanmıram ki, "Qarabağ" asanlıqla mərhələ adlasın. Maltanın Xəzər-Lənkəranla qarşılaşan klubunu izləmişik. Onların 2-3-cü klubu yaxşı mübarizə sərgilədi. Çempionları daha güclü olmalıdı. Yığmanın özəyini təşkil edən rəqibdir. Fikrimcə Qarabağ Malta millisinə qarşı yarışacaq. Komandamız psixoloji cəhətdən hazır olmalıdı. Heç kim uduzmağı qəbul etməz. Çünki, Malta düşünərək asanlıqla adlayacağımızı düşünürük. Ümid edirəm ki, ilk mərhələni klublarımız adlayacaq.

- "İnter"in "Tiraspol" şansları yüksəkdir?
- Şanslar bərabərdir. Klub prezidenti Georgi Nikolov çox düzgün qeyd etdi ki, hələlik onlarla oyunlarda üstün nəticəmiz olmayıb. İstərdim ki İnter Moldova klublarına qarşı olan uğursuz seriyanı qırsın. Bankirlər yaxşı hazırlaşsa bu mərhələni keçə bilər.

- "Neftçi"nin rəqibi məlum deyil. Sloveniya və ya Monteneqro təmsilçisindən biri olacaq...
- Sloveniyanın Koper klubu rəqibimiz olacaq. Onlar daha güclüdü. Bizim "Neftçi" də asan rəqib deyil. Neftçi artıq hədəfi yüksəldib. Avropa Liqasında qrup mərhələsinə adlayan komanda ən azı onu təkrarlamalıdır. Ötən il Albaniyaya qarşı oyun alınmadı. Biz onu başa düşdük. Amma indi azarkeşlər onlardan nəticə gözləyir. Yaxşı transferlər olsa uğur qazanmaq olar.

- Bir qədər dünya çempionatı haqda danışaq. Rusiyanın qrup çıxmaması sizi təəccübləndirdi?
- Mundialda ən zəif qruplardan biri Rusiyaya qismət oldu. Amma onlar adlaya bilmədi. Bizimlə oyunda Rusiya yaxşı oynadı. İstək, mübarizə var idi. Dünya çempionatı üçün bunlar azdır. Gərək səviyyə və ustalıq olsun. Rusiya Azərbaycan millisinə qalib gəlsə də o qədər də güclü deyil.

- Aleksandr Səmədovun oyunu haqda nə deyə bilərsiniz...
- Səmədov yaxşı oynadı. Kapello kimi məşqçinin rəhbərliyi altında daim start heyətdə oynaması adi hadisə deyil. Kapello ona güvənirsə deməli ondan razıdır. Əlcəzairlə oyunda Səmədov imkandan istifadə etsəydi bəlkə də Rusiya pley-offda olacaq. Aleksandr normal oynadı və yaxşı  təsir bağışladı.

- Berti Foqtsun ABŞ millisində məsləhətçi olduğuna təəccüblənmədiniz?
- Mən öz təcrübəmdən danışım. Məsləhətçi məsləhətçidir, müşavir müşavir. Baş məşqçi tam başqadır. ABŞ millisinin uğurları Yurgen Klinsmanın işidir. Mənimdə klubda köməkçilərim olub. Məsləhətçi və ya müşavir güclü mütəxəssisdirsə baş məşqçi olsunlar. Foqts Klinsmandan güclü məşqçi olsaydı ABŞ millisinin sükanı arxasında olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.