3 iyul 2014 17:22
Neftçi Kiyev Dinamosu ilə sülh bağladı
Növbəti mövsümə və Avropa Liqasına hazırlığı Avstriyada davam etdirən Azərbaycan Kubokunun qalibi "Neftçi" bu gün sözügedən ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyevin rəqibi Ukrayna nəhəngi - Kiyev "Dinamo"su olub.
"Neftçi" oyuna aşağıdakı start heyətlə çıxıb: Saşa Stamenkoviç, Elvin Yunuszadə, Karlos Kardoso, Məqsəd İsayev, Bruno Bertuççi, Erik Ramos, Kaue, Araz Abdullayev, Flavinyo, Julius Vobay, Ernest Nfor.
Qarşılaşmaya gəlincə, ilk yarıda iki erkən qol buraxan "ağ-qaralar" sonradan buraxılan qolların əvəzini çıxa biliblər. Oyun sülhlə başa çatıb.
Yoxlama oyunu
3 iyul
Neftçi - Dinamo - 2:2 (1:2)
Qollar: Ribalka, 31 (0:1), Yarmolenko, 35 (0:2), A.Abdullayev, 40 (1:2), E.Nfor, 51 (2:2)
