3 iyul 2014 23:49

İnter Tiraspola səfərdə qalib gəldi

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan daha biri - "İnter" də ilk sınağına çıxıb.

Paytaxt klubu Moldova "Tiraspol"u ilə mübarizə aparır. Təmsilçimiz ilk oyunu səfərdə keçirib. Cütün taleyini Bakıdakı cavab matçında həll etmək üçün "bankirlər"ə səfər matçından sərfəli nəticə ilə qayıtmaq lazım idi. Kaxaber Sxadadzenin komandası bu istəyinə nail olub. Baxmayaraq ki, 3 cavabsız qol vurduqdan sonra arxayınlığa yol verən təmsilçimiz vətənə darmadağınla yox, minimal hesablı üstünlüklə dönməli olub. İstənilən halda, "bankirlər" doğma meydanda cütün taleyini həll edə bilərlər.

Qeyd edək ki, "İnter" "Tiraspol"la cavab matçına bir həftə sonra - iyulun 10-da Bakıda çıxacaq.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(ilk oyun)
3 iyul

Tiraspol - İnter - 2:3 (0:2)
Qollar: B.Sxadadze, 8-pen (0:1), E.Məmmədov, 10 (0:2), A.Novikov, 71-öz qapısına (0:3), A.Novikov, 78 (1:3), G.Karaneyçev, 88 (2:3).
Sarı vərəqə: L.Japaridze, 34, A.Amisulaşvili, 50, D.M.Kolli, 77, S.Georgiyevski, 80, G.Lomaya, 90+1, A.Novikov, 90+2.
Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (hamısı Xorvatiya).
Tiraspol. "Şerif" stadionu.

TİRASPOL: 25. Georgi Georgiyev, 3. Erik Barroso, 5. Andrey Novikov, 16. Laşa Japaridze, 77. Kirilo Sidorenko, 7. Yevgen Zariçnyuk, 8. Sergey Şapoval, 14. Vadim Rata (23.V.Bulat, 58), 27. Ademar (9. Georgi Ovseannikov, 81), 10. Oleq Molla, 11. Georgi Boqyu (15. Georgi Karaneyçev, 63).
Ehtiyat oyunçular: 12. Vladimir Livşit, 13. Boqdan Hauşi, 18. Marko Vidoviç, 26. Artyom Xaçaturov.
Baş məşqçi: Vlad Qoyak
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 11. Asif Məmmədov (k), 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 10. Elvin Məmmədov (8. M.Alvaro, 72), 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 82).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. İvan Benites, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur.
Baş məşqçi: Kaxaber Sxadadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.