3 iyul 2014 01:18
Neftçi Kiyev Dinamosu ilə qarşılaşacaq
Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçən “Neftçi”nin orada keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, flaqman Ukraynanın adlı-sanlı klubu olan Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Oyun bu gün Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. (klub saytı)
