3 iyul 2014 01:07
Qəbələ - Şiroki Briyeq matçına 2200 bilet satılıb
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" ilə Bosniya və Herseqovina "Şiroki Briyeq"i arasındakı matça 2200 bilet satılıb. Azerisport.az xəbər verir ki, oyunun keçiriləcəyi Qəbələ şəhər stadionu 4500 azarkeş tutumuna malikdi.
Qeyd edək ki, qarşılaşma bu gün keçiriləcək və saat 20:00-da start götürəcək.
