3 iyul 2014 00:56
Vasluyun vitse-prezidenti: Qəbələyə üç futbolçu təklif etdim
Rumıniyanın "Vasluy" klubunun vitse-prezidenti Adrian İordaşe bəyan edib ki, o, Azərbaycanın "Qəbələ" klubuna üç futbolçu təklif edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "Qəbələ"yə üç futbolçu təklif etmişəm. Onlar kifayət qədər yüksək səviyyəli oyunçulardı. Amma "Qəbələ" onlardan imtina etdi. Yəqin ki, özlərinin nəsə başqa fikirləri var".
