3 iyul 2014 00:45
Ermənistan yığmasının üzvü Tiraspolun ən bahalı futbolçusudu
Moldovanın "Tiraspol" klubunun futbolçularının ümumi dəyəri açıqlanıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter"in rəqibi olan komandanın üzvlərinin ümumi dəyəri 4 250 000 avro civarındadı.
Komandanın ən bahalı futbolçusu isə Ermənistan yığmasının müdafiəçisi Artyom Xaçaturovdu. Onun qiyməti 350 000 avrodu.
