Elfsborq Tiraspolla yox, İnter ilə qarşılaşmaq istəyir
İsveçin "Elfsborq" klubunun direktoru Stefan Andreassonun azerisport.az saytına müsahibəsi
- Avroliqanın püşkatmasının nəticəsini necə qiymətləndirirsiz?
- İdman baxımından heç də adi saymaazdım. Daha zəif rəqiblərlə düşə bilərdik.
- Azərbaycana getmək istərdiz, ya Moldovaya?
- Əvvəllər Moldovada oynamışıq. Azərbaycanda heç vaxt olmamışıq. Əlbəttə, Azərbaycan bizim üçün münasibdi. Bizim üçün yeni bir təcrübə olardı.
- "İnter"lə "Tiraspol"dan hansını favorit hesab edirsiz?
- Bilmirəm. Bunun üçün onların ən azı bir oyununa baxmaq lazımdı ki, təsəvvürüm olsun. Amma mənə elə gəlir ki, Azərbaycan klubu mərhələ adlamaq baxımından azca daha şanslıdı.
- Bəs hansıyla qarşılaşmaq istərdiz?
- Heç bir fərqi yoxdu. Hansı güclü olacaqsa, həmin komandayla da oynayacağıq.
- Bu, öz gücünüzə inamdan irəli gəlir?
- Bizim avrokuboklarda xeyli təcrübəmiz var. Son 8 ildə bir qayda olaraq qitə miqyaslı turnirlərə qatılırıq. Amma hər şey geridə qalıb. Artıq yeni Avroliqa mövsümünə hazırlaşırıq. Bu dəfə də uğurlu çıxış etmək istəyirik.
- "Elfsborq" favorit olacaq?
- Bəs siz kimi favorit sayırsız?
- Kağız üzərində İsveç klubu favorit görünür...
- Azərbaycanda futbolun hansı templə inkişaf etdiyini bilirəm. Futbola çoxlu sərmayə qoyulanda mütləq bunun bəhrəsi olur. Əgər "İnter" mərhələ keçsə, İsveçə xoş gəlir. Yüksək səviyyədə qəbul edəcəyik.
