3 iyul 2014 13:51
"Neftçi, Qəbələ, İnter və Qarabağın pulu bizimkindən çoxdu"
"Simurq"un forvardı Draqan Çeran komandasının avrokuboklardakı təmsilçilərimiz - "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ"dən pis oynamadığını iddia edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim avrokuboklara düşməməyimiz zəif olmağımız anlamına gəlmir. Məncə, bizim haradasa bəxtimiz gətirmədi ki, avrokuboklardan kənar qaldıq. "Simurq"un öz taktikası var və son mövsümü də yaxşı keçirdik. Zaqatala klubu da "Neftçi", "Qəbələ", "İnter", "Qarabağ" səviyyəsindədi. Sadəcə, onların pulu və büdcəsi bizimkindən çoxdu. Növbəti mövsümdə avrokuboklara düşməyə çalışacağıq. Bunun üçün bütün gücümüzü qoymalıyıq".
