3 iyul 2014 00:23

Azərbaycan üçün Avropa Liqası həyəcanı başlayır

Bu gün UEFA Avropa Liqasında 2014/15 mövsümünə start verilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm üç klub təmsil edir.

Onlardan biri - "Neftçi" mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Amma Azərbaycan kubokunun qalibini də ilk mərhələdə maraqlandıran vacib bir görüş var. Bu da təbii ki, Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı duellərdən hansının qalib olacağıyla bağlıdı. Axı "ağ-qaralar" məhz bu cütün qalibi ilə üz-üzə gələcək.

İlk təsnifat mərhələsindəki təmsilçilərimiz isə "Qəbələ" və "İnter"di. Paytaxt klubu Avroliqaya Premyer Liqamızın gümüş, "Qəbələ" bürünc medalçısı kimi vəsiqə qazanıb. Bakılılar əvvəllər bir neçə dəfə qitə miqyasında görüşlər keçirdiyindən müəyyən təcrübəsi var. "Qəbələ" isə ilk dəfə Avropa səhnəsinə çıxır və debütantdı.

Bölgə təmsilçisinin avrokuboklardakı rəqibi Bosniya və Herseqovina "Şiroki Briyeq"idi. Hansı ki, "Qəbələ"dən fərqli Avropa səhnəsində xeyli təcrübəyə malik komandadı. "Şiroki Briyeq" vaxtilə Azərbaycan klubuna rəqib olub. Bosniya və Hersoqovina təmsilçisi daha öncə avrokuboklarda "Neftçi" ilə qarşılaşıb. 2004/05 mövsümündə Çempionlar Liqasının birinci təsnifat mərhələsində "ağ-qaralar"la üz-üzə gələn komanda evdə 2:1 qalib gəlsə də, səfərdə 0:1 hesabıyla uduzaraq iki oyunun nəticəsinə görə mübarizəni dayandırmışdı. Ümid edək ki, "Neftçi" kimi, "Qəbələ" də bu komandadan güclü olacaq və debüt mövsümündə uğur qazanacaq. Komandanın heyətində böyük dəyişikliklər olmasına, yeni baş məşqçinin gəlməsinə baxmayaraq, Dorinel Muntyanunun komandasına inam var.

"İnter"i isə Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmalıdı. "Şiroki Briyeq"dən fərqli, Tiraspol təmsilçisi heç vaxt Azərbaycan klublarıyla qitə arenasında qarşılaşmayıb. Amma əvəzində Azərbaycan və Moldova klubları dəfələrlə avrokuboklarda üz-üzə gəliblər. Özü də maraqlıdı ki, moldovalılar bir qayda olaraq təmsilçilərimizi mübarizədən kənarlaşdırıblar. Hətta ən zəif klubları iddialı komandalarımıza rəqib olduğu, təmsilçilərimizi az qala növbəti mərhələdə gördüyümüz duellərdə də qarşı tərəf inanılmaz şəkildə bizi məyus ediblər. Amma ümid edək ki, "İnter" Moldova klubları ilə bağlı uğursuz sindroma son qoyacaq mərhələ adlayacaq. Bu, həm də qarşısına ən azı iki mərhələ keçmiş "bankirlər"in hədəflərinə uyğundu.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 8.875 reytinq xalı var. "İnter" 4.025 xalla klub sıralamasında Avropanın 276-cı komandasıdı. "Qəbələ" isə 2.025 reytinq xalı ilə 375-cidi.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(ilk oyunlar)
3 iyul

20:00. Qəbələ - Şiroki Briyeq
Hakimlər: Artyom Kuçin, Yevgeni Belski, Rustam Suyunov, Denis İzmaylov (hamısı Qazaxıstan).
Qəbələ. Şəhər stadionu.

22:00. Tiraspol - İnter
Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (hamısı Xorvatiya).
Tiraspol. "Şerif" stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.