3 iyul 2014 13:38
Elvin Məmmədov: İnter bu mərhələni qalib başa vurmalıdı
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri olan Moldova "Tiraspol"u ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq komandaya uyğunlaşmışam. "İnter"ə faydalı olmaq istəyirəm. Moldova komandasını zəif hesab etmək olmaz. Döyüşkən keyfiyyətləri var. Buna baxmayaraq, biz bu mərhələni qalib başa vurmalıyıq. Bunun üçün isə vətənə qələbə ilə qayıtmalıyıq".
