3 iyul 2014 12:50
Bakını daha bir neçə oyunçu tərk etdi
"Bakı"nın vəziyyəti hələ də gərgin olaraq qalmaqdadı. Azerisport.az xəbər verir ki, artıq komandanı bir neçə futbolçu tərk edib.
Belə ki, Aleksandr Şoliç, Etto, Deyvidas Çesnauski kimi legionerlərlə yanaşı, Cavid Hüseynov da "zolaqlılar"la yollarını ayırıb.
Rauf Əliyev və Əfran İsmayılov isə hələ də komandanın məşqlərinə qatılmır. Komanda baş məşqçi Milinko Pantiçin köməkçisi Mario Fernandesin rəhbərliyi altında Bakıda hazırlıq keçir. Serbiyalı mütəxəssis isə komandasını Avstriyada gözləyir. Çünki paytaxt klubu növbəti mövsümə məhz orada hazırlaşmalıdı. Toplanışın nəzərdə tutulan vaxtdan gec başlamasına səbəb isə klub akademiyasının 18 futbolçusuna viza alınması ilə bağlıdı.
