2 iyul 2014 12:30
Ramin Musayev: Legioner futbolçuların statusu ilə bağlı məsələ bu həftə həllini tapa bilər
Yaxın günlərdə türkiyəli futbolçuların Azərbaycan Premyer Liqasında, azərbaycanlı futbolçuların isə Türkiyə Super Liqasındakı statusuna dair məsələyə baxıla bilər. Azerisport.az saytına açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bununla əlaqədar Türkiyə Futbol Federasiyasına məktub ünvanladıqlarını bəyan edib:
"Məsələ artıq bu həftə həllini tapa bilər. Biz istəyirik ki, sözügedən ölkələrin futbolçuları qonşu ölkədə çıxış edəcəyi halda, legioner hesab olunmasın. Türkiyəli həmkarlarımızla müzakirələrə hazırıq. Əgər razılığa gələ bilsək, növbəti mövsümdən bu qayda qüvvəyə minə bilər".
