2 iyul 2014 12:12
Bakı Əliyev, Hüseynov və İsmayılovu tənqid etdi
Ötən gecə "Bakı" futbol klubunda iclas keçirilib. Azerisport.az xəbər verir ki, rəhbərliyin də iştirak etdiyi toplantıda bir sıra qərarlar qəbul olunub.
Klub rəhbərliyi komandanın məşqlərində iştirak etməyən Rauf Əliyev, Cavid Hüseynov və Əfran İsmayılov sərt tənqid olunub. Onlar bunu uzun müddətdi maaş ala bilmədiklərinə görə edirlər. Amma komandanın əksər legionerləri də eyni vəziyyətdə olmalarına baxmayaraq, istirahəti başa vurub, komandanın məşqlərində yaxından iştirak edirlər.
Qeyd edək ki, "Bakı" rəhbərliyi hazırda futbolçuların viza problemini həll etməyə çalışır ki, komanda üzvləri tezliklə Avstriyaya təlim-məşq toplanışına yollansın.
