2 iyul 2014 12:01

Adrian Ropotan: Qəbələ Şiroki Briyeqdən daha güclüdü

"Qəbələ"nin yeni transferi Adrian Ropotanın azerisport.az saytına müsahibəsi

- Niyə məhz "Qəbələ"ni seçdiniz?
- Yaxşı təklif idi. Dorinel Muntyanunun bu komandanın baş məşqçisi olması isə xüsusi rol oynadı.

- Muntyanu amili sizin üçün vacibdi?
- Demək olar. Digər təkliflər də var idi. Amma "Qəbələ"nin Avropa Liqasına vəsiqə qazanması da seçimimə təsir etdi. Həm də mən iddialı komandalarda oynamağa üstünlük verirəm.

- Artıq xeyli vaxtı komandayla birgəsiz. Necədi?
- Şərait yaxşıdı. Həm də azərbaycanlılar rumınlara oxşardılar. Xeyirxah və emosionaldılar.

- Komandaya gec qoşulmağınız Avropa Liqasındakı çıxışınıza təsir göstərə bilər?
- Psixoloji baxımdan hazıram. Fiziki cəhətdən də özümü hazır hiss edirəm. Bura uğur qazanmaq üçün gəlmişəm. Bu yolda əlimdən gələni edəcəm.

- Sizcə, komandanız Avroliqada nəyə nail ola bilər?
- Yaxşı heyətimiz var. Fikrimcə, birinci mərhələdə uğur qazana bilərik. "Şiroki Briyeq"i ilk oyunda məğlub etmək lazımdı. Özü də elə hesabla qalib gəlməliyik ki, səfərdə işimiz asan olsun.

- Gücünüz yetəcək?
- Fikrimcə, "Qəbələ" "Şiroki Briyeq"dən daha yaxşı komandadı. Çox şey öz oyunumuzdan asılıdı.

- Muntyanunu yaxşı tanıyırsız. Maraqlıdı, o, "Qəbələ"yə necə futbol oynadacaq?
- Düşünürəm ki, komanda topla daha çox davranacaq, öz intizamı ilə fərqlənəcək. Qalan hər şeyi isə çempionat başlayanda görəcəksiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.