2 iyul 2014 17:56
"Qəbələnin yaxşı legionerləri var"
Bosniyanın "Şiroki Briyeq" klubunun hücumçusu İvan Buhaç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz uduzmaq istəmirik. Ən azı heç-heçə etməyi arzulayırıq. İnanıram ki, istədiyimizə nail olacağıq. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Rəqibin heyətinə diqqət yetirmişik. Bilirik ki, yaxşı legionerləri var".
