2 iyul 2014 17:45
Tiraspolun futbolçusu: İnter yaxşı komandadı
Moldovanın "Tiraspol" klubunun futbolçusu Georgi Karaneçyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Bakı "İnter"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" yaxşı komandadı. Bilirəm ki, bizi çox ağır oyun gözləyir. Amma qarşımıza mərhələ keçmək hədəfi qoyulub. Buna görə də sonadək vuruşacağıq".
