2 iyul 2014 17:34
Qarabağın rəqibi veteranı ilə müqavilə yenilədi
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Maltanın “Valletta” klubu futbolçusu Lyuk Dimeklə müqaviləni yeniləyib. Azerisport.az yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 37 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Dimek 2012/13 mövsümündən “Valletta”nın şərəfini qoruyur.
