2 iyul 2014 16:55
Boqyu: İnterlə oyunda daha çox hücum edən tərəf olmalıyıq
Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Boqyu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah qarşılaşacaqları "İnter"lə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk oyun yaxşı olmalıdı. Biz topa daha çox nəzarət etməyə çalışacağıq, daha çox hücum etməyə cəhd göstərəcəyik. İlk oyunu evdə keçiririk. Bunun üçün də müsbət nəticəyə nail olmalıyıq. Azərbaycan və Moldova futbolunun çox fərqləndiyini deməzdim. Hər bir çempionatda müxtəlif komandalar var. Bildiyim qədərilə, "İnter" daha çox müdafiədən oynayır. Bu komandanın nə dərəcədə dəyişdiyini deyə bilmərəm. Çünki onların heyətini analiz etməmişəm".
