2 iyul 2014 16:00
Vlad Qoyan: İnter yaxşı müdafiə olunur
Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan Avropa Liqasının ilk təsnifat mərhələsində qarşılaşacaqları Bakı "İnter"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İnter" yaxşı müdafiə olunur. Amma bizim onlara qol vurmağımız lazımdı. Azarkeşlərimiz qarşısında yaxşı oyun sərgiləmək istəyirik".
