2 iyul 2014 15:46
Sxadadze Tiraspol matçı sonrası mətbuat konfransına buraxılmayacaq
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları Moldova "Tiraspol"u ilə səfər oyunundan sonra mətbuat konfransında iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb onun cəzalı olmasıdı.
Belə ki, ötən Avroliqa mövsümündə gürcü mütəxəssis Norveç "Tromse"si ilə qarşılaşmadan sonrakı hərəkətlərinə görə UEFA tərəfindən cəzalandırılmışdı. Onun cəzası qaldığına görə, bu il keçiriləcək ilk oyundan sonrakı mətbuat konfransında da iştirak etməyəcək.
