2 iyul 2014 14:43
Braziliyalı futbolçu XL-in düşərgəsinə gəldi
"Xəzər Lənkəran"ın düşərgəsinə daha bir yeni futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, bu, braziliyalı yarımmüdafiəçi Fernando Qabrieldi.
Fernandinyo kimi tanınan 26 yaşlı oyunçu bu gün yeni komandası ilə ilk məşqə çıxacaq. Yaxın günlərdə onunla ilyarımlıq müqavilə imzalanacaq.
