2 iyul 2014 01:07
XL Cenoa və Kyevonun sabiq oyunçusu ilə güclənə bilər
"Xəzər Lənkəran" Çili yığmasının sabiq üzvünü heyətinə qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, söhbət Felipe Seymurdan gedir.
27 yaşlı xavbekin son iş yeri İtaliya B Seriyasında çıxış edən "Spetsiya" olub. Onun barəsində son qərarı komandanın baş məşqçisi Oğuz Çətin verəcək.
Qeyd edək ki, Seymur karyerası ərzində "Cenoa", "Kataniya", "Kyevo" kimi klubların heyətində bir neçə mövsüm A Seriyasında çıxış edib. O, həmçinin 2010-cu ildən etibarən Çili yığmasına da dəvət olunub və bir neçə oyunda iştirak edib.
