2 iyul 2014 00:56
Ufuk Budak da Cavadovla birgə çıxış edəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Türkiyənin "Qaziantep BB" klubunda çıxış edəcək.
Qeyd edək ki, Ufuk ötən mövsümdə də bu komandada çıxış edirdi. Lakin həmin vaxt "Əskişəhərspor"a məxsus olan futbolçu Qaziantep təmsilçisində icarə əsasında oynayırdı.
Maraq üçün bildirək ki, yeni mövsümdən "Qaziantep BB" klubunda yığmamızın daha bir üzvü - Vaqif Cavadov da çıxış edəcək.
