2 iyul 2014 00:23
Ağayev yoxdu, Lomaya və Poladov arasında seçim gedir
"İnter"in Avropa Liqasının ilk təsnifat mərhələsində Moldova "Tiraspol"uyla səfər matçında qapıçı Səlahət Ağayev iştirak etməyəcək. Qapıçının azerisport.az saytına verdiyi məlumata görə, ayağındakı zədələr onun komandayla birgə məşqlərdə iştirak etməsinə problem yaradıb.
Ağayev ən yaxşı halda cavab görüşündə komandaya kömək edə biləcək. Belədə baş məşqçi Kaxaber Sxadadze Elşən Poladovla Georgi Lomaya arasında seçim edəcək. Lomayanın start heyətdə yer alması daha inandırıcı görünür.
