2 iyul 2014 00:01
İnter artıq Moldovadadı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" artıq Moldovadadı. Azerisport.az xəbər verir ki, iyulun 3-də bu ölkənin "Tiraspol" klubu ilə ilk oyununa çıxacaq komandamız matçın keçiriləcəyi Tiraspola çatıb.
Qeyd edək ki, "İnter" Moldovaya birbaşa təlim-məşq toplanışında olduğu Avstriyadan yollanıb.
Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Tiraspol" - "İnter" matçı iyulun 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
