1 iyul 2014 00:56
Elhad Nəziri Araz Naxçıvana keçir
Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra "Araz Naxçıvan"da çıxış edəcək.
Futbolçunun Rumıniya və Polşada da oynamaq variantı var idi. Amma o, Premyer Liqamızın debütantında çıxış etməyə üstünlük verib.
Hazırda o, naxçıvanlıların düşərgəsində baxışdadı. Hər şey qaydasında gedəcəyi halda, tərəflər bir illik müqaviləyə imza atacaqlar.
