1 iyul 2014 12:49
Elfsborqun məşqçisi İnterin oyununu izləyəcək
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" iyulun 3-də bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"u ilə ilk matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Tiraspoldakı qarşılaşmanı İsveçin "Elfsborq" klubunun məşqçisi də izləyəcək.
Məsələ burasındadı ki, İsveç klubu növbəti mərhələdə "İnter" - "Tiraspol" cütünün qalibi ilə qarşılaşacaq. Bu üzdən də "Elfsborq" rəhbərliyi potensial rəqiblərin oyununu daha yaxından izləmək üçün öz nümayəndələrini bu komandaların görüşünə göndərəcək.
