1 iyul 2014 12:35
Bakı millinin futbolçuları üçün təzminatı dəqiqləşdirir
"Bakı" klubu müqaviləsi olduğu Azərbaycan millisinin futbolçularına başqa kluba keçməyə icazə verib. Azerisport.az xəbər verir ki, Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov və digərləri klublarını dəyişməkdə sərbəstdi.
Sadəcə, onların "Bakı" ilə müqaviləsi olduğu üçün kluba təzminat ödəniləcək. Hazırda həmin futbolçuların təzminat məsələsi dəqiqləşdirilir.
Qeyd edək ki, həm Rauf Əliyevlə, həm də Əfran İsmayılovla Premyer Liqanın digər klubları maraqlanır.
