1 iyul 2014 00:34
Kamil Kopunek: Azərbaycan birinci divizionunda oynamaq istəmirəm
"Rəvan"ın yarımmüdafiəçisi Kamil Kopunek bəyan edib ki, o, paytaxt klubunda oynamaqda maraqlı deyil. Azerisport.az xəbər verir ki, Slovakiya mətbuatına müsahibəsində o, bunları söyləyib:
"Mənim hələ də klubla müqaviləm var. Amma birinci divizionda oynamaq istəmədim. Vətənə qayıtmağı istisna etmirəm. Baxaq, görək hər şey necə alınacaq".
