1 iyul 2014 00:23
Toğrul Eratın komandası Tiflis Dinamosuna qalib gəldi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, futbolçumuzun komandası Tiflis "Dinamo"su (Gürcüstan) ilə qarşılaşıb.
Oyun Eratın komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Amma Toğrul bu oyunun iştirakçısı olmayıb.
