Georgi Nikolov: Tiraspolla oyunda İnter daha şanslıdı
"İnter"in prezidenti Georgi Nikolov komandası üçün Avropa Liqasının ilk mərhələsində püşkü dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Moldova "Tiraspol"u ilə oyunlarda komandasını daha şanslı sayır:
"İstəməzdim, arxayınlaşaq. Avrokuboklara vəsiqə alan komandadısa, deməli, futbol oynamağı bacarır. Şanslar 60%-in 40%-ə komandamızın xeyrinədi. Oyun asan olmayacaq. Heç kim bizi təbrik etməsin. "İnter" hələ mərhələni keçməyib. Komandamız ciddi hazırlaşmalıdı. Biz mərhələni keçmək üçün çalışmalıyıq. "Tiraspol"da futbol oynamağı bacaran yetərincə yaxşı futbolçular var. Avropa Liqasında zəif komanda ola bilməz. Biz öz oyunumuz barədə düşünməlyik. Azərbaycan klublarına moldovalılarla görüşlər həmişə çətin olub. Çox istərdim ki, səfərdə 1:0 hesabıyla qalib gələk".
