1 iyul 2014 12:18
Asim Xudiyev: İnter səfərdə qol buraxmadan qələbə qazanmalıdı
Azərbaycanın veteran futbolçusu Asim Xudiyev "İnter"in Moldova "Tiraspol"u ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandaya çətin olacaq. Xüsusilə də "İnter"in heyətində çoxlu dəyişiklik olub. Rəqiblər bir-birini Tiraspoldakı oyunda tanıyacaqlar. Şanslar bərabərdi. Bizə səfərdə qol buraxmamaq lazımdı. Əgər qol buraxmadan qələbə qazansaq, daha yaxşıdı".
