1 iyul 2014 00:01
Yığmamızın sabiq oyunçusu Hannoverə qayıtdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Əli Gökdəmir yenidən Almaniya çempionatına qayıdıb. Azerisport.az xəbər verir ki, son mövsümü Türkiyənin "Elazığspor" klubunda keçirən futbolçu əvvəlki komandası "Hannover"ə dönüb.
Almaniya mətbuatının yazdığına görə, hazırda o, əsas komanda ilə yox, U-23 komandasında məşq edir.
