1 iyul 2014 11:45
İnterin məşq vaxtı bəlli oldu
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter"in Moldova "Tiraspol"u ilə oyun öncəsi məşq vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "bankirlər" sözügedən qarşılaşma öncəsi sabah saat 21:00-da "Şerif" stadionunda son məşqə çıxacaq.
"Tiraspol" - "İnter" matçı iyulun 3-də keçiriləcək.
