1 iyul 2014 18:25
Şiroki Briyeqin Qəbələyə gətirəcəyi heyət açıqlandı
Bosniyanın "Şiroki Briyeq" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə səfər oyununa 19 futbolçu gətirəcək. Azerisport.az xəbər verir ki, bosniyalıların heyətində aşağıdakı oyunçuların adı yer alıb:
Barisiç, Bilbork, Brekalo, Çoriç, İvankoviç, Kozul, Kozulj, Landeka, Lastro, Markoviç, Pehar, Peko, Vaqner, Soldo, Zadro, Zakariç, Çorluka, Mariç, Mixalieviç.
Qeyd edək ki, "Qəbələ" - "Şiroki Briyeq" matçı iyulun 3-də keçiriləcək və saat 20:00-da start götürəcək.
