Slaven Musa: Hədəfimiz Qəbələdə qol buraxmamaq, evdə qələbə qazanmaqdı
Bosniyanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qəbələ" çox güclü rəqibdi. Bizim birinci hədəfimiz səfərdə qol buraxmamaq olacaq, daha sonra isə evdə qol vurub, mərhələ adlamalıyıq".
Musanın sözlərinə görə, "Qəbələ" onlar üçün ən pis variantlar biridi: "Məsələ təkcə uzun yolçuluqda deyil, həm də rəqibin səviyyəsini nəzərə almaq lazımdı. Amma buna baxmayaraq, biz yaxşı hazırlaşmışıq, rəqib haqda informasiya toplamışıq. Onların "Neftçi" ilə kubokun finalındakı, eləcə də "Sumqayıt"a qarşı çempionat oyunlarına baxmışıq. Bu yaxınlarda Sloveniya "Maribor"una qarşı keçirdikləri görüşü də izlədim. Onların heyətində xeyli dəyişiklik olub, baş məşqçiləri də yenidi".
Komandanın kapitanı Vaqner Laqo isə bunları söyləyib: "Əlbəttə, danışmaq oynamaqdan daha asandı. "Qəbələ"də çox yaxşı oyunçular var. Amma biz güzəştə getməyə hazırlaşmırıq. Səfərdəki oyunda qol vurmaq çox yaxşı olardı".
