1 iyul 2014 17:55
Orxan Əliyev Sumqayıtda çıxış edəcək
Premyer Liqada 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, "Sumqayıt"dakı çıxışı ilə diqqətləri çəkən, ardından "Xəzər Lənkəran"a transfer olunan Orxan Əliyev yeni mövsüm məhz sabiq komandasının uğurları üçün çalışacaq.
19 yaşlı futbolçu 1 illik icarə əsasında "Sumqayıt"da çıxış edəcək. (klub saytı)
