1 iyul 2014 17:40
XL-dən ayrıldı, Rumıniya klubuna keçir
"Xəzər Lənkəran"ın bu yay yollarını ayırdığı rumıniyalı yarımmüdafiəçi Adrin Pit karyerasını vətənində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla Kluj "Universitatya"sı maraqlanır.
Maraq üçün xatırladaq ki, hazırda bu komandanı çalışdıran Mihay Teja 2010/11 mövsümündə "Xəzər Lənkəran"da baş məşqçi Mirça Rednikin köməkçisi idi. Elə məhz bu üzdən Piti yaxından tanıyan Tejanın onu komandasında görmək istədiyi bildirilir.
