1 iyul 2014 17:21
Yığmamızın sabiq oyunçusu Anjidən ayrıldı
Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Rizvan Umarov Rusiyanın "Anji" klubunu tərk edib. Azerisport.az xəbər verir ki, o, Peterburq "Dinamo"suna keçib.
Artıq o, yeni klubu ilə müqavilə də imzalayıb. Yığmamızın sabiq üzvü yeni komandasının son yoxlama oyununda qol da vurub.
Xatırladaq ki, Umarov U-21-in heyətində son matçını ötən ilin yanvarında keçirib.
