1 iyul 2014 16:47

Artyom Xaçaturov: Bakıya futbol oynamağa gəlirəm, müharibəyə yox

"İnter"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Moldova "Tiraspol"unun şərəfini qoruyan Ermənistan yığmasının müdafiəçisi Artyom Xaçaturovun azerisport.az saytına müsahibəsi

- "Tiraspol" - "İnter" matçından nə gözləyirsiz?
- Biz bu oyuna yaxşı hazırlaşmışıq və Bakı komandasını keçmək istəyirik. Qələbəyə oynayacağıq. Amma hər şeyə Azərbaycanda aydınlıq gələcək.

- "İnter" haqda nə bilirsiz?
- Yaxşı komanda olduğunu bilirəm. Atletikdilər, texnikalıdılar. Bizə çətin olacaq. Amma istənilən halda biz ilk mərhələni keçmək istəyirik.

- Bakıdakı cavab oyununa gələcəksiz?
- Hələ bilmirəm. Amma mənə elə gəlir ki, gələrəm.

- Yəqin ki, bu, Azərbaycana ilk səfəriniz olacaq...
- Bəli. İsti qarşılanacağımı gözləyirəm. Bilirəm ki, ölkələrimiz arasında müharibə şəraiti hökm sürür. İnanın ki, bu, mənim xoşuma gəlmir. Normal insan müharibəyə gedəndə, ürəyi ağrıyır. Ümumiyyətlə, mən insanları milliyətinə, dininə görə fərqləndirməyi xoşlamıram. Əsas insan olmaqdı.

- Düşünmürsüz ki, Bakıda yerli azarkeşlərin pis münasibəti ilə qarşılaşa bilərsiz?
- Bu, onların şəxsi işidi.

- Qorxmursuz?
- Hələ ki, yox.

- Hələ ki?
- Zarafat edirəm. Nədən qorxmalıyam ki? Mən ora futbol oynamağa gəlirəm, müharibə etməyə yox.

- "Tiraspol"a mərhələ keçmək nə dərəcədə çətin olacaq?
- Əgər qələbə qazanmaq istəməsək, meydana çıxmağa dəyməz. Bir yox, bir neçə mərhələ keçmək istəyirik.

- Sizcə, FİFA və UEFA Azərbaycan yığmasını, klublarını püşkatmalar zamanı ayırmaqla düzgün addım atır?
- Məncə, beynəlxalq qurumlar bununla təhlükəsizliyi düşünürlər. Bu, düzgün seçimdi. Futbol insanları bir-birinə düşmən etməməlidi. Çünki bu, idmandı.

- Sizcə, Azərbaycan və Ermənistan yığmaları bir-biri ilə oynasaydı, üstünlük hansında olardı?
- Bunu oyun göstərərdi. Fikrimcə, şanslar bərabərdi.

- Azərbaycan komandaları haqda nəsə bilirsiz?
- Yığmanızın Rusiyaya qarşı oyununu izləmişəm. Çox yaxşı komandadı. Baş məşqçiniz də səhv etmirəmsə, Berti Foqtsdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.